AZ

"Ölkənin gələcəyi heç də yaxşı görünmür"- Keçmiş səhiyyə naziri

İranın keçmiş səhiyyə naziri İrəc Fazil ölkənin səhiyyə sektorundakı vəziyyətin heç də yaxşı olmadığını deyib.

“Səhiyyə sektorunda vəziyyət belə davam edərsə həkim idxalı və xəstələrin ölkədən kənara göndərilməsi təhlükəsi ilə üzləşəcəyik” - deyə keçmiş nazir deyib.

İranın Cərrahlar Cəmiyyətinin sədri səhiyyə sahəsində problemlər barədə İranın müxalif Etimad qəzeti ilə müsahibəsində danışıb. 

“İxtisas üzrə təcrübə keçirən tələbələrə yaranmış problemlər, həkim çatışmazlığı və tibb ixtisasları üzrə təhsil üçün vakant yerlərin boş qalması İranda tibbin çökməsinə gətirib çıxaracaq” İrəc Fazil müshaibəsində vurğulayıb.

O, ötən ildə respublika üzrə universitetlərə qəbul imtahanlarında hətta 1 nəfər olsun belə, misal üçün damar cərrahiyyəsi ixtisasını seçmədiyini və digər tibb ixtisaslarının da boş qaldığını qeyd edib. 

“Bu durum davam edərsə 10 il sonra həmin ixtisaslar üzrə digər ölkələrdən mütəxəssis gətirməli və xəstələri cərrahiyyə əməliyyatları üçün ölkədən kənara göndərməli olacağıq. 

Ölkənin gələcəyi heç də yaxşılığa doğru getmir”- deyə İranın keçmiş səhiyyə naziri İrəc Fazil vurğulayıb. 

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla