AZ

Çindən Aİ-yə yaşıl işıq

Çin sədri Xi Jinping, Avropa İttifaqı (AB) liderlərinə Çinin Avropa ilə daha sıx əməkdaşlıq istədiyi mesajını verdi və sənayedə "artıq istehsal gücü" iddialarını rədd edib.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Si Fransaya səfəri çərçivəsində üçtərəfli sammitdə prezident Emmanuel Makron və AB Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb.

Görüş zamanı Xi dünyanın yeni "turbulentlik və transformasiya" mərhələsinə qədəm qoyduğunu bəyan edərək, Çin və Avropanın iki mühüm güc kimi bir-birini tərəfdaş kimi görməli, dialoq və əməkdaşlığa sadiq qalmalı, dünya sülhünə töhfə verməli olduqlarını vurğulayıb.

Çinin Aİ ilə əlaqələrini strateji və uzunmüddətli perspektivdən qiymətləndirdiyini ifadə edən Xi, Aİ-ni Çinin modernləşdirilməsinin mühüm tərəfdaşı, əlaqələri isə “Çin xarakterli böyük ölkə diplomatiyasının” mühüm ölçüsü olaraq gördüyünü ifadə edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla