AZ

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

CAR-da

Bakı, 7 may, AZƏRTAC

Cənubi Afrika Respublikasında (CAR) tikilməkdə olan binanın çökməsi nəticəsində azı üç nəfər ölüb, 50-dən çox insan dağıntılar altında qalıb.

AZƏRTAC “Sky News” saytına istinadla xəbər verir ki, ölkənin cənub sahilində yerləşən Corc şəhərində baş vermiş hadisədən sonra 24 nəfər xəstəxanaya aparılıb.

Hadisə yerinə 100-dən çox təcili yardım maşını cəlb olunub. Xilasetmə işlərinə kömək üçün kranlar və digər müvafiq avadanlıqlar göndərilib. Səlahiyyətlilər qəzanın səbəblərini araşdırmağa başlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla