AZ

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Milli

Bakı, 7 may, AZƏRTAC

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 13-cü və 18-ci bəndlərinə əsasən, bəzi qanunlarda dəyişikliklərlə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklə bağlı qanun layihəsi parlamentin mayın 7-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinin birinci maddəsinə əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 4-cü maddəsinin birinci hissəsinin ikinci abzasına “etməyin” sözündən sonra “, həmçinin silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsinin” sözləri əlavə edilir.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna dəyişikliklə, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.

Sənədin 3-cü maddəsinə uyğun olaraq, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanunun “Qeyd” hissəsinin 1-ci bəndinin “b” yarımbəndinə “147-ci maddəsində” sözlərindən sonra “, 1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasına dair İkinci Protokolun 15-ci maddəsinin 1-ci hissəsinin a – c bəndlərində” sözləri əlavə edilir.

“Mədəniyyət haqqında” Qanunun isə 53-cü maddəsində “və ya beynəlxalq” sözləri “, xüsusi mühafizə və ya” sözləri ilə əvəz edilir.

Qanun layihəsi müzakirəyə çıxarılaraq, səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
Mənbələr
Şərh ()
Bağla