AZ

Göygöl Şərab Zavoduna italyan mütəxəssislər - SƏFƏR EDİBLƏR

Hər il İtaliyadan xüsusi dəvət olunan üzüm və şərab mütəxəssisləri Göygöl Şərab Zavodunun üzüm bağları və istehsal etdiyi məhsullarını monitorinq edir.

Bu il də peşəkar mütəxəssislərin zavoda və üzüm bağlarına ziyarəti baş tutub. Mütəxəssislər üzümlüklərin inkişafını, onlara qulluq prosesini yaxından izləmiş və məhsuldarlığın artırılması üçün öz praktiki tövsiyələrini vermişlər.

Şərab peşəkarı isə şərabları dequstasiya etmiş və öz təəssüratları ilə bölüşmüşdür. O, şərabların keyfiyyətinin daha da yüksəldilməsi üzrə, eləcə də onların hansı seqmentə daha uyğun olacağı ilə bağlı dəyərli məsləhətlərini zavodun şərab mütəxəssisləri ilə bölüşmüşdür.

Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla