AZ

"Heydər Əliyevin yenidən qayıdışı iqtisadiyyatın bərpasına gətirib çıxardı" - Vüqar Bayramov

“Bu gün əldə etdiyimiz iqtisadi uğurun banisi Ümumilli Liderdir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

 

“Onun yenidən qayıdışı iqtisadiyyatın bərpasına gətirib çıxarıb. O gələndə Azərbaycanda ÜDM 375 milyon manat, büdcə gəlirləri isə 100 milyon manat idi. 1996-cı ildən etibarən ÜDM 4.5 dəfə artıb. İqtisadiyyatda artım 2022-ci ildə 6.1 milyarda gəlib çıxdı. Bu, qısa zamanda islahatların nəticəsidir. Onun ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi idi. Bu gün əldə etdiyimiz ərazi bütövlüyü və suverenliyimiz onun əsasını qoyduğu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. İndi isə büdcə gəlirləri 35 milyon manatdır. Son 21 ildə iqtisadiyyatın inkişafı və qeyri-neft sektorunun drayverə çevrilməsi müşahidə olunur”, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla