AZ

Səmada uçarkən damı qopan təyyarə dünyanı necə şoka salıb? –1988-ci ildə göydə baş vermiş qəzadan görüntülər /VİDEO/FOTO

36 il əvvəl baş vermiş təyyarə qəzası bütün dünyanı şoka salmışdı.

Hilo hava limanından Qonoluluya uçan “Boinq” təyyarəsi səmaya qalxdıqdan 10 dəqiqə sonra təyyarənin damı qopmuşdu.

Azpost.info bildirir ki, 28 aprel 1988-ci il saat 13.25-də 243 saylı reyslə uçan təyyarənin göyərtəsində beş ekipaj üzvü və 90 sərnişin olub.

Həmin gün  Qonoluludan Hilo, Maui və Kauaya üç dəfə gediş-dönüş uçuşu həyata keçirmiş təyyarənin uçuşdan əvvəl yoxlanılması zamanı qeyri-adi heç nə qeydə alınmayıb.

Meteoroloji şərait yoxlanılıb, AIRMET və ya SIGMET mesajlarına əsasən hava marşrutu boyunca heç bir hava hadisəsi qeydə alınmayıb.

Normal şəkildə havaya qalxdıqdan sonra saat 13.48-də təyyarənin damının sol tərəfindəki hissə uğultu səsi ilə partlayıb.

Kapitan təyyarənin sağa-sola yuvarlandığını və idarəetmə vasitələrinin yerindən çıxdığını hiss edib. Pilot kabinəyə çırpılan boz izolyasiya parçaları görür. Bundan sonra qapısı qırılır və kapitan təyyarənin içindən tavan əvəzinə mavi səmanı görür.

Qəza nəticəsində təyyarənin bütün üst yarısından ibarət olan və ön qanad sahəsinə qədər uzanan  5,5 m uzunluğunda olan damın böyük bir hissəsi qopur.

Təcrübəli pilot kapitan Şornstaymer idarəetməni dərhal ələ alır,  təcili enişə başlayır. Fövqəladə vəziyyət elan olunur və təcili eniş üçün Kahului hava limanına doğru uçurlar.

Hava limanına yaxınlaşarkən sol mühərrik də sıradan çıxır. Ekipaj təyyarənin düzgün endirildiyinə əmin deyildi.

Xoşbəxtlikdən hadisədən on üç dəqiqə sonra təyyarəni 2-ci uçuş-enmə zolağına təhlükəsiz endirə bilirlər.

90 nəfərlik sərnişindən yalnız bir nəfər həlak olur. 58 yaşlı stüardessa Lansing qəza zamanı beşinci sıra oturacaqlarının yanında dayanıbmış. Dam qopan kimi o təyyarədən yerə düşüb. Lansingin cəsədi də tapılmadı.

Sərnişinlər təhlükəsizlik kəmərlərini bağladıqları üçün ölümdən dönüblər.

Qəza nəticəsində 65 sərnişin yaralanır, onlardan 8 nəfəri ağır vəziyyətdə olur.

Araşdırma nəticəsində məlum olur ki,  Havay adalarındakı Hilo və Honolulu arasında planlı uçuş edən  “Aloha” Hava Yollarına məxsus “Boeing 737-297” təyyarəsi pis texniki xidmət və metal yorğunluğu səbəbindən qəzaya uğrayıb. Təyyarə gövdənin bir hissəsinin məhv olması nəticəsində uçuş zamanı partlayıcı dekompressiya nəticəsində ciddi zədələnir.

Bu qəza aviasiya sektorunda çox böyük ajiotaja səbəb olur. Təyyarələrin texniki təhlükəsizliyi ilə bağlı müzakirələr açılır və yeni prinsiplər qəbul olunur.

Azpost.info

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla