AZ

Musa Qurbanlı U-21 komandasında qol vurdu

“Yurqorden” klubunda çıxış edən Musa Qurbanlı U-21 komandasında fərqlənib.

Msoprt.az xəbər verir ki, 22 yaşlı futbolçu Elit Liqa Kubokunda “Deqerfors”la oyunda buna nail olub.

Hücumçu matçda komandasının ilk qoluna imza atıb. Görüş “Yurqorden”in qələbəsi ilə yekunlaşıb – 3:2.

Qeyd edək ki, Musa Qurbanlı cari mövsüm İsveç çempionatında əsas komandanın heyətində cəmi 2 oyunda şans qazanıb və 30 dəqiqə meydanda olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla