AZ

"Heydər Əliyev Fondunun əsas qayəsi Ulu Öndərin irsini yaşatmaqdır" - Millət vəkili

“Hörmətli Sahibə xanım, icazə verin, Heydər Əliyev Fondunun 20 illiyinin parlament platformasında qeyd edilməsinə görə sizə öz təşəkkürümü bildirim”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov deyib.

 

“Heydər Əliyev Fondunun milli-mənəvi irsimizin təbliği, humanist dəyərlərin, sivilizasiyalararası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi tədbirlərin əsas qayəsi Ulu Öndərin irsini yaşatmaqdır.  Ümummilli lider Heydər Əliyevin mükəmməl ideyaları və müdrik tövsiyələri Fondun çoxşaxəli fəaliyyətinin əsas ideoloji məzmununu təşkil edir. Diqqətinizə görə təşəkkür edirəm!”, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla