AZ

Bakıda dələduzluqda təqsirləndirilən ər-arvada bəraət verildi

Bakı Apellyasiya Məhkəməsi külli-miqdarda dələduzluqda təqsirləndirilən Akşin Abdullayev və onun həyat yoldaşı Leyla Abdullayeva barəsində olan cinayət işi üzrə qərar qəbul edib.

E-huquq.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə hər iki təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılıb.

Xatırladaq ki, ötən ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aqşin Abdullayev 6 il 6 ay və həyat yoldaşı Leyla Abdullayeva isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs edilmişdi.

İş üzrə 5 zərəçəkmiş tanınıb.

İttiham aktında təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərə 107 min manat zərər vurduğu göstərilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla