AZ

Koronavirus pandemiyasından sonra sübuta əsaslanan tibb ölüb - AÇIQLAMA

Koronavirus pandemiyasından sonra istər-istəməz tibbin keçmişi müsbət tərəfləri ilə yada düşür. Bu gün hətta dövlət qurumları da etiraf edirlər ki, dərmanlar və müalicə protokolları xəstələrə zərər verə bilər. Baxmayaraq ki, bu, həkimlərin günahı olmasa da onlar yalnız tövsiyələrə əməl edirlər. Yaxud ola bilsin ki, bəzi neqativlərə görə onlar məsuliyyət daşıyır.

Aztibb.az xəbər verir ki, Rusiyada Həkimlərin Müdafiəçiləri Liqasının rəhbəri Semyon Qalperin “Medzdrav.İnfo”ya müsahibəsində bu mövzuda fikir bildirib.

Təhlillər nəticəsində anti-kovid dərmanlarının səbəb olduğu 873 yan təsir müəyyən edilib. Məlumata görə, xəstələrin ölümününə 14% dərman istifadəsi səbəb ola bilər.

Həkimlərin Müdafiəçiləri Liqasının rəhbəri diqqəti ÜST-nin himayəsi altında həyata keçirilən pandemiya zamanı dəhşətli qlobal vəziyyətə yönəldib.

Dərman və peyvəndlərin lazımi klinik tədqiqatlar aparılmadan istifadəsi məqbul sayılıb və “eksperimental” müalicə protokolları tətbiq olunub. ÜST ekspertlərinin fikrincə, bu, mövcud vəziyyətlə əsaslandırılıb: “Dünya ilk dəfə olaraq koronavirus infeksiyası ilə üzləşdi və tez hərəkət etmək lazım idi”.

Lakin bu gün bir çox ekspertlər ÜST-ün səlahiyyətinə şübhə ilə yanaşırlar. Çoxları onun fəaliyyətini təxribat hesab edir. Həkimlər açıq şəkildə ÜST-ü iri əczaçılıq şirkətlərinin maraqlarını təbliğ etməkdə ittiham edirlər.

“Kovid qanadı altında dərmanlar öz tədqiqatlarının nəticələri dərc edilmədən istifadəyə icazə verilməyə başladığından, tibbin gələcəyi haqqında danışmaq mənasız olub. Sübutlara əsaslanan tibb ölüb”, - deyə ekspert bildirib

“COVID-19 böhranının başlanğıcından bəri tibb ictimaiyyəti bürokratiyanın və əczaçılıq biznesinin hərəkətlərini qiymətləndirməkdən geri çəkilib. Koronavirusla mübarizənin nəticələrinə həsr olunmuş bir dənə də ciddi elmi konqres xatırlamıram. ÜST-nin tövsiyələrinə əməl edən bir çox başqa ölkələr də məyusedici nəticələr aşkarlayır. Bir çox müalicələr uğursuz və həddən artıq canfəşanlıqdan başqa bir şey olçayıb, xəstələrə zərər verub. Peyvəndlər mövzusu hələ də tibb ictimaiyyətində mübahisələrə və əhali arasında güclü reaksiyaya səbəb olur”, - deyə Semyon Qalperin bildirib.

Semyon Qalperin bildirib ki, məhkəmələrdə gəlincə isə xəstələrin iddiaları çətin ki, təmin olunsun.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla