AZ

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bakı, 7 may, AZƏRTAC

Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür. Bunlardan biri də sosial-humanitar aspektdir ki, bu da təhsil, səhiyyə, ekologiya, idman və ehtiyacı olan insanlara qayğı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin mayın 7-də keçirilən iclasında deyib.

O bildirib ki, 2005-ci ildə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-ə yaxın məktəb binası inşa edilib və yenidən qurulub. Təhsilin keyfiyyətin artırılmasına xidmət edən “Təhsilə dəstək” layihəsi artıq neçə illərdir ki, uğurla davam edir. Fondun həyata keçirdiyi proqramlar çərçivəsində uşaq bağçaları üçün yeni binalar tikilib, 40-dək uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib.

“Fondun fəaliyyətində mədəni irsimizin qorunması, tanıdılması və multikultural dəyərlərimizin təbliğini xüsusilə qeyd etmək lazımdır. Ötən müddətdə Fondun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və bir sıra digər mədəniyyət obyektləri inşa olunub. Dünyanın bir sıra ölkələrində Azərbaycan Mədəniyyət Mərkəzləri yaradılıb. Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər beynəlxalq festivallar mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir”, - deyə Soltan Məmmədov diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla