AZ

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Nazir

Bakı, 7 may, AZƏRTAC

Azərbaycanın 2022-2026-ci illər Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramının icrası ilə əlaqədar qadın sahibkarların inkişafı üçün 800 layihəyə 50 milyon manatdan çox kredit verilib.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O bildirib ki, BMT-nin ekspertlərinin proqnozuna görə 2035-ci ilə kimi dünyada 200 milyon iş yeri yaradılacaq ki, bunun da 10 faizində qadınlar çalışacaqlar.

Nazir müavini nəzərə çatdırıb ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri layihəsi üzrə hazırladığı milli hesabatını şəffaf şəkildə hazırlayıb təqdim edir: “Bu günə kimi təqdim olunan proqram üzrə nəzərdə tutulmuş bütün işlər həyata keçirilib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
Mənbələr
Şərh ()
Bağla