AZ

Quterreşin köməkçisi Azərbaycanda qadınların cəmiyyətdə aktiv rol oynadığını deyib

"Azərbaycan qadınların cəmiyyətdə iştirak payının artırılmasında olduqca mühüm nailiyyətlər əldə edib".

APA-nın xəbərinə görə bunu BMT baş katibi Antonio Quterreşin köməkçisi Markos Neo Azərbaycanın 4-cü Könüllü Millli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr" adlı tədbirdə deyib:

"Biz ilk növbədə Azərbaycanda gender bərabərliyi ilə bağlı beynəlxalq standartların tətbiqini istəyirik. Bu yaxınlarda Braziliyaya səfərim zamanı orada bu sahədə mühüm yeniliklərin tətbiqini gördüm. İstərdim ki, Azərbaycan da bu sahədə irəli getsin. Digər problem minalardan təmizlənmədir. Daha bir mühüm məqam iqlim dəyişikliyi ilə mübarizədir. Azərbaycan 2050-ci ilə qədər bu istiqamətdə mühüm öhdəliklər götürüb. BMT olaraq çox istərdik ki, ölkəniz bu sahədəki təcrübədən faydalansın. Bu istiqamətdə daha çox uğur qazanmaq üçün səylər birləşdirilməli, bütün maraqlı ölkələr vahid mövqedən çıxış etməlidir".

BMT-nin Qadınlar Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Belen Sanz Luque isə dayanıqlı inkişaf məqsədlərinin icrasının əsas istiqamətlərindən birinin də qlobal səviyyədə gender bərabərliyinə nail olmaq olduğunu bildirib.

O deyib ki, son illərdə Azərbaycan hökuməti iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına mühüm töhfələr verib.

B. S. Luque söyləyib ki, qadınların iqtisadi səlahiyyətləndirilməsi insanların da bu sahəyə münasibətinin dəyişməsini zəruri edir:

"Bu məqsədlər qadınların bütün sahələrdəki rolunu artırmağı və problemlərinin həllinə dəstəyini nəzərdə tutur. Təmsil etdiyim qurum xüsusən də gender bərabərliyinin gücləndirilməsi, eləcə də qadınlara əmək bazarında əks cinsin nümayəndələri ilə bərabər imkanların yaradılmasının maliyyələşdiriilməsini həyata keçirir. Hesab edirik ki, hökumətlərə iqtisadi və sosial siyasətdə daha çox qadınlara yönələn proqramların həyata keçirilməsi tövsiyə edilməlidir. Bu prosesdə həm dövlət, həm də özəl sektorun təmsilçiləri iştirak etməlidir. Belə olarsa qadınların cəmiyyətə tamhüquqlu inteqrasiyasına nail ola bilərik".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla