AZ

İngiltərə Müdafiə Nazirliyi kiberhücuma məruz qaldı

 

İngiltərə mətbuatı İngiltərə Müdafiə Nazirliyinə məxsus sistemin kiberhücuma məruz qaldığını yazıb.

Ednews odatv-ə istinadən xəbər verir ki, Britaniya mətbuatında yer alan xəbərlərə görə, haker hücumu nəticəsində vəzifədə olan hərbçilərin şəxsi məlumatlarını ehtiva edən əhəmiyyətli məlumat pozuntusu baş verib.

Silahlı qüvvələrin bəzi hazırkı və keçmiş üzvlərinin adlarını və bank məlumatlarını əks etdirən əmək haqqı sisteminə icazəsiz giriş əldə edilib və məlumatlar açıqlanıb. Hadisədən sonra Müdafiə Nazirliyi dərhal tədbir görüb və araşdırmalar davam edərkən sistem sıradan çıxarılıb. Əldə edilən məlumatların nə üçün istifadə oluna biləcəyi məlum deyil. Britaniya hökuməti hücumun arxasında kimin olduğunu açıqlamayıb. Bu arada, Böyük Britaniya parlamentarilərinə Müdafiə Nazirliyinə aid olan və xidmət personalını hədəf alan sözügedən məlumat pozuntusu barədə məlumat veriləcək.

“KİBER HÜCÜMLƏRİN ARXASINDA ÇİN DÖVLƏTİNƏ BAĞLI OLAN AKTYORLAR VAR”

Britaniyanın Sky News televiziyası kiberhücumun arxasında Çinin olduğunu iddia edib.

Baş nazirin müavini Oliver Douden martın 25-də parlamentdəki çıxışında bildirib ki, həm Böyük Britaniyanın seçki monitorinqi agentliyinə, həm də deputatlara qarşı iki ayrı zərərli kiberhücumun arxasında “Çin dövlətinə bağlı aktyorlar” dayanır.

 

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla