AZ

Rusiaynın dondurulmuş aktivlərinin gəlirləri Ukraynaya veriləcək

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90%-ni Ukraynanın müdafiəsinə ayırmağa razılaşıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Riqada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq dondurulmuş aktivlərindən əldə olunan gəlir ildə bir neçə milyard avro təşkil edir. Şolz qeyd edib ki, razılaşma artıq yekun mərhələdədir.

Ötən həftə məlum olub ki, ABŞ G7 tərəfdaşlarına Ukraynaya 50 milyard dollar məbləğində əlavə yardım göstərməyi təklif edib. Bu xərclər əsasən Avropada faizlərin yığılmaqda davam edən dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəətlə kompensasiya ediləcək. Agentliyin məlumatına görə, Birləşmiş Ştatlar iyun ayında G7 liderlərinin görüşündə saziş bağlamaqda israrlıdır.

Avropada Rusiya Bankının 210 milyard avroluq aktivləri dondurulub. Rusiya Mərkəzi Bankının dünyada dondurulmuş aktivlərinin ümumi dəyəri, müxtəlif hesablamalara görə, 260-350 milyard avro təşkil edir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla