AZ

Qadınların iqtisadi imkanlarının artırılması başlıca hədəflərdəndir - Bahar Muradova

Bakı. Trend:

Qadınların iqtisadi imkanlarının artırılması başlıcahədəflərdəndir.

Trend xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü KönüllüMilli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ciDİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxışedən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriBahar Muradova deyib.

Onun sözlərinə görə, bu qadınların müstəqil fərd kimiformalaşması üçün vacib amildir.

“Azərbaycan beynəlxalq çağrışları hər zaman dəstəkləyib vədövlət səviyyəsində bu istiqamətdə planlı işlər görülür. Qadınlarcəmiyyətin hərəkətverici qüvvəsi kimi tanınır. Azərbaycanqanunvericiliyi də buna xidmət edir”, - o deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatınadair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişafMəqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqukeçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla