AZ

Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib

Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində "London Chelsea Children's" Hospitaldan dəvət edilmiş uşaq cərrahı Amulya Saxena tərəfindən böyük həcimli ağır əməliyyat icra edilib.
 
Bu məlumat Aztibb.az-a Klinikadan verilib.
 
Bildirilib ki, əməliyyatı Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən kurs üçün gələn uşaq cərrahları canlı olaraq izləyiblər.
 
Körpə yemək borusu bağlı olaraq dünyaya gəlmişdi və nəfəs borusu ilə yemək borusu arasında əlaqə mövcud idi. Belə yaşaması mümkün olmadığı üçün məcburi doğulduğu gün cərrahi əməliyyat qərarı verilib.
 
Özofagus atreziyası və traxeoözofagial fistulanın ləğvi əməliyyatı torakoskopik olaraq həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla