AZ

Neft Fondunun Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri kəskin azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 01 may 2024-cü il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 4 ayında AÇG yatağından 1 milyard 798,6 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) 202 milyon 715 min ABŞ dolları gəlir götürülüb.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 60 milyon 784 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ARDNF 2023-cü ilin ilk 4 ayında AÇG yatağından 2 milyard 468 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat)  935 milyon 754 min ABŞ dolları gəlir əldə etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
1
Mənbələr
Şərh ()
Bağla