AZ

Metal tullantılarından sənət əsərləri

Siyəzən sakini tullantılardan sənət əsəri yaradır. Hazırladığı eksponatların sayı 100 -ü ötüb. O həttda boş vaxtlarında ərsəyə gətirdiyi işləri sərgilərdə nümayiş etdirir. 

Hələ uşaqlıqdan tullantıları yenidən faydalı etmək istəyən rayon  sakininin  ilk əl işləri köhnə təkərlərdən qeyri-adi əşyalar yaratmaq  olub.Daha sonrda o, yararsız avtomobil şinləri ilə yanaşı metallardan  da müxtəlif qeyri-adi əl işləri əl işləri düzəldib. Uzun  illərdir  tulantıları  sənətə  çevirən  Cavid Yahyayevin müxtəlif  dəmir parçalarından  hazırladığı  qeyri-adi əl işləri görənləri heyrətə gətirib. 

“ Bu gördüyünüz quş fiqurudur məişşətdə istifadə olunan bıçaqlardan hazırlanıb,gül isə qaşıqlardan hazırlanıb.Bu isə at başıdır,velosebetin sepindən və bu kimi başqa hissələrdən hazırlanıb,nərə balığı,burada belə bir ağcaqanad var”.

Neftçıxarma sahəsində mühəndis işləyən Cavid Yəhyayev bütün bu əl işlərini işdən sonra boş vaxtlarında hazırlayır. Məqsədi isə tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir.Hazırda rayon sakininin tulantılardan hazırladığı müxtəlif eksponatların sayı 100 -ü keçib.Sənətkarın ən son hazırladığı və  uzun müddət zəhmət çəkərək ərsəyə gətirdiyi maral fiqurudur.

“Metallardan da ən çətini hazırladığım maral olub.2-3 aya yaxın vaxt sərf etmişəm.Hazırladığım əl işləri arasında ən çox zəhmət və vxat sərf eləyən bu maral olub.Hissələri də avtomobil təmiri sexlərindən və metal qəbulu qəbulu məntəqələrindən toplayıram. Satmağa meyilim yoxdur,amma yəgin ki,ola bilər bu maralı satmalə oldum xərclərimə görə,qitməy razılaşma yolu ilə.Hər alda bunu alan sənətə qiymət verən biri olar”.

Qeyd edək ki,Cavid Yəhyayevin bu günə qədər əl işləri müxtəlif sərgilərdə, o cümlədən, Beynəlxalq “Tullantıdan sənətə” sərgisində nümayiş etdirilib. Ona hazrladığı əl işləri ilə bağlı 4 ölkədən Belçikadan,İrandan,Almaniya və Türkiyədən iş təklifi gəlib.Amma sənətkar hələ ki,evində bu sənəti yaşatmaq qərarındadır.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla