AZ

İsrail ordusu Rəfaha girib –KEÇİD MƏNTƏQƏSİ TUTULDU

İsrail Müdafiə Ordusunun zirehli bölmələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

 

Nəşrin yazdığına görə, İsrail ordusu Rəfahın şərqindəki HƏMAS hədəflərinə dəqiq zərbələr endirib. 

 

Misir televiziya kanallarının nümayiş etdirdiyi "Rafah" nəzarət məntəqəsinə aid görüntülərdə atəş və partlayışlar, tankların, helikopterlərin səsləri eşidilib.

Lap son məlumata görə isə, İsrail ordusu bu gün səhər Qəzza zolağı istiqamətindən Rəfah keçid məntəqəsini ələ keçirib.

 

Məntəqənin əsas yolunun tutulduğu, fəaliyyətini dayandırdığı bildirilib.

 

“Əməliyyat zamanı 20-yə yaxın silahlı öldürülüb, üç vacib tunel aşkar edilib. Əməliyyatda indiyədək heç bir əsgər yaralanmayıb. Hazırda qoşunlar ərazidə axtarış aparır və əlavə tapşırıqlara hazırlaşır”, - deyə  “The Times of İsrael”in məlumatda deyilir.

 

Bundan başqa, HAMAS-ın Rəfahdakı 50-dən çox obyektinin də gecə ərzində İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.


Senzor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
7
Mənbələr
Şərh ()
Bağla