AZ

Bellinqem: "Real Madrid"lə müqavilə imzalamaq həyatımın ən yaxşı hadisəsidir

İspaniyanın yeni çempionu "Real Madrid"in 20 yaşlı ingilis yarımmüdafiəçisi Cud Bellinqem Dortmund "Borussiya"sından Kral Klubuna keçməsindən danışıb.O, ilk mövsümü italiyalı Karlo Ançelottinin rəhbərlik etdiyi komandada keçirir.

"Operativ Media" xəbər verir ki, gənc futbolçu "Madrid Unibersal"a müsahibə verib.

“Real” xüsusi klubdur, onunla müqavilə bağlamaq həyatımın ən gözəl hadisəsidir. 2023-cü il həyatımdakı əsas hadisədir.

"Real Madrid"ə mənə olan maraqlarına görə minnətdar olmalıyam. Burada çoxlu istedadlı futbolçular var. Məni komanda üçün lazım olan keyfiyyətlərə və xarakterə malik futbolçu hesab etmələri böyük şərəfdir.

“Real”dan mənə zəng vurub gələcək illər üçün planlar haqda danışanda, məni inandırdılar və mən çox düşünmədim”.

Bellinqemin transfer məbləği 103 milyon avro olub. Onun "Real"la müqaviləsi 2029-cu ilə kimi nəzərdə tutulub.

Transfermarkt Bellinqemin transfer dəyərini 180 milyon avro qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla