AZ

D Vitamini çox içilərsə zərər verir? - Video

D Vitamini çox içilərsə zərər verir? - Video



 09:55 07.05.2024     332

Saçın tökülürsə, D vitamini iç. Sümüklərin ağrıyırsa, D vitamini iç. Yuxudan doymur, bütün gün halsız olursunuzsa, D vitamini için.

D vitamini orqanizm üçün vacibdir. Günəşin altında vaxt keçirtdiyinizdə orqanizm D vitamini ifraz edə bilir. Buna görə, D vitamininə “günəş işığı vitamini” deyilir. Orqanizm bu vitamini xolesteroldan emal edir. Amma D vitaminini qidalar vasitəsilə də qəbul edə bilərsiniz. Bəs tərkibində D vitamini olan qidalar hansılardır? Bir azdan bu barədə də danışacam. Orqanizmə böyük təsiri olan D vitamini kalsium və fosfor mənimsənilməsini nizamlayır, immuniteti gücləndirir. Orqanizmdə D vitamini çatışmazlığı varsa, bir çox problemlərə yol açılır. Lazımi miqdarda D vitamini qəbul etmək xərçəng, diabet, sümük xəstəlikləri kimi bir çox xəstəliyə qarşı müdafiə mexanizmi yaradır. Çatışmazlığı olanda isə sümük, əzələ zəifliyi, sümük deformasiyası kimi müxtəlif problemlər irəliləyir. Gün işığının köməyilə lazımi qədər D vitamini alınmırsa, qida əlavəsi olaraq qəbul etmək vacibdir. Lakin D vitamininin normadan artıq qəbulu zəhərlənmə yaradır. Buna görə də, qəbulu həkim tövsiyəsi və nəzarəti ilə olmalıdır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla