AZ

Azərbaycan neftdən əldə etdiyi gəlirləri dərhal xərcləməyə tələsmir - Nazir

Azərbaycan ehtiyatlı makrofiskal siyasət irəli sürür və neft sektorundan əldən etdiyi gəlirləri dərhal xərcləməyə tələsmir. Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. 


"Azərbaycanın neft gəlirləri illik ÜDM istehsalına bərabərdir. Bizim dənizə çıxışımız olmadığı üçün infrastruktur layihələrə ilkin olaraq sərmayə qoymağa çalışırdıq”, - Cabbarov mayın 7-də "Azərbaycan-Slovakiya biznes forumu"nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Slovakiya biznesmenlərini ölkəyə investisiya qoymağa çağırır və və Slovakiyaya investidiya qoymaqda maraqlıdır.
 
Slovakiya baş nazirinin müavini Denisa Sakova bilidirib ki, Azərbaycan və Slovakiya arasında münasibətlər sürətlə inkişaf edir.
 
Hazırda 37 Slovakiya şirkəti Azərbaycanda keçirilən biznes forumda iştirak edir. 

N.Təbrizli

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla