AZ

Mahrezə Benzia əngəli

Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunda çıxış edən Riyad Mahrez yenidən Əlcəzair millisinə qayıtmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, son yoldaşlıq görüşlərində yığmaya çağırılmamasını istəyən 33 yaşlı ulduz futbolçu iyun toplanışında heyətdə yer almaq arzusundadı.

Əlcəzair seçməsi gələn ay DÇ-2026-nın seçmə mərhələsində Qvineya və Uqanda ilə qarşılaşacaq. Lakin onun arzusu reallaşmaya bilər. Çünki yerli mətbuat baş məşqçi Vladimir Petkoviçin artıq sistemini qurduğunu və heyətini formalaşdırdığını yazıb. Bildirilib ki, Mahrezin mövqeyində Fares Çaibi, Məhəmməd Bellumi və Yassin Benzia olduqca etibarlı çıxış edirlər. Bu üzdən çalışdırıcı növbəti toplanışa da adıçəkilən oyunçuları çağıracaq.

Yəni martda milliyə dönüşünü qollarla qeyd edən “Qarabağ”ın pleymeykeri Benzia iyunda da heyətdə olacaq. Mahrezin çağırılıb-çağırılmayacağı isə hələ bəlli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla