AZ

Putinin inaqurasiyası vaxtı Rusiyaya kütləvi hücumlar planlaşdırılır

Ukrayna Silahlı Qüvvələri mayın 7-si səhər saatlarından etibarən Rusiyaya kütləvi hücumlar reallaşdıra bilər.  Bu barədə RT telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, 50-dən çox pilotsuz təyyarə və onlarla uzaqmənzilli raketin hücumu gözlənilir.

"Əvvəlcə düşmən pilotsuz təyyarələri işə salmağı, sonra isə əvvəlcədən razılaşdırılmış hədəfi vurmağı planlaşdırır",- nəşr qeyd esib.

Qeyd edək ki, bu gün Rusiyada prezident Vladimir Putinin inaqurasiya mərasimi keçiriləcək. Ehtimal edilir ki, kütləvi hücumlar məhz bu səbəbdən planlaşdırılır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla