AZ

Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər – Xəsarətsiz ötüşmədi - VIDEO

Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər – Xəsarətsiz ötüşmədi - VIDEO

Ölkədə sahibsiz itlərin insanlara hücumu ilə bağlı hadisələr tez-tez yaşanır. Bu dəfə xoşagəlməz hal Xırdalan şəhərində baş verib. Sahibsiz itlərdən biri sakinlərdən birinin qolunu yaralayıb.

Sonxeber.az xəbər verir ki, "Apa TV" nin əməkdaşları hadisə ilə bağlı sözügedən ərazidə olub. Hücuma məruz qalan vətəndaş ilə əlaqə yaratmaq alınmasa da, çəkiliş qrupunu görən sakinlər sürü halında gəzən itlərdən xeyli giley-güzar ediblər. Bildiriblər ki, sahibsiz itlər camaatın rahatlığını əlindən alıb. Onlara baxan və maraqlananda yoxdur.

" Ac olurlar və əsasən xəstə itlər olurlar. Cumurlar insanların üzərinə. Eyni zamanda uşaqlarıda qorxudurlar. Bu baxımdan həmin itlər haqqında bir tədbir görmək lazımdır".

Sakinlər bildirib ki, itlərin əlindən uşaqlarını məktəbə apara bilmirlər. Hər bir halda hücum edirlər. Uşaqlarının yanında valideynləri olmasa hər şey başqa cür ola bilər. Eyni zamanda onlar deyib ki, axşam vaxtı sahibsiz itlərin sayı çoxalır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

Ətraflı "APA TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla