AZ

Səhər saatlarında Bakıda ağır qəza: Üç nəfər xəstəxanaya çatdırıldı – VİDEO

Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində ağır qəza baş verib.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

Hadisə zamanı “Shagman” markalı yük maşını ilə “Hyundai” markalı avtomobil toqquşub.

Qəzada minik avtombilində olan iki nəfər və yük maşınının sürücüsü ağır yaralanıb.

Hər üç nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza yerinə DYP və FHN əməkdaşları cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
6
medianews.az

6Mənbələr