AZ

QAYDALARI ERMƏNİLƏRİN PULLARI YOX, TÜRKÜN ƏDALƏTİ YAZIR...

...Erməni lobbisinn əl oyuncağına çevrilən amerikalı senatorlar irəli sürdükləri təklifdən xəcalət çəkirlər, ya yox? Azərbaycanın bütövlüyü yolunda yadelli işğalçılara qarşı mətnlə döyüşən başda general Hikmət Mrzəyev və general Elçin Quliyev olmaqla, onlarla yüksək rütbəli zabitlərmiz və Haaqa məhkəməsinin görəcəyi işı həyata keçirən hakimlərimiz hansı məntiqlə sanksiyalara məruz qalmalıdırlar?
 Əgər belə bir sərsəm məntiqlə düşünsək, onda 1775-1783-cü illərdə Amerikanın müstəqilliyi uğrunda gedən müharibədə İngiltərə müstəmləkəçilərinə qarşı mübarizə aparmış Corc Vaşinqton, Tomas Cefferson, Bencamin Franklin, Riçard Monthomeri, Nataniel Qrin, Kazimir Pulavski, Fransada 1941-1945-ci illərdə faşist Almaniyasına qarşı döyüşmüş Şarl de Qoll, SSRİ-də marşallar Jukov, Konev, Rokossovski, Vasilevskinin adları cinayətkar kimi Amerika konqressində hallanmalıdırlar.
 XIX əsrdə hindu aborigenlərinə qarşı amansız qətliamlar törətmiş general Şeridan və Perşinqi nəyə görə Amerikada qəhrəman adlandırırlar?
Nəyə görə XX əsrin ən amansız diktatorları olmuş Franko, Mussolini və Hitlerə xeyir-dua vermiş Roma papası XI Piy bir dəfə də olsun mühakimə olunmadı. Bu siyahını uzatmaq istəməzdim, ona görə ki, bu cinayətlər məhz xristian dünyasında mövcud olan ölkələrdə baş verir. 
Hikmət Mirzəyevin heyətinin yerdə göstərdiyi misilsiz qəhrəmanlıqlar, Elçin Quliyevin heyətiinin yerdə və göydə (xüsusən də AN2 əməliyyatı və PUA-ların tətbiqi), düşmənin canına uzun illər qorxu hissini yeritdi və onlar birmənalı şəkildə Azərbaycanın xalq qəhrəmanlarıdırlar.            
Bədnam senatorlar ədalət istəyirlərsə, yaxın 30 ildə Azərbaycanın on minlərlə əhalisini ən amansız üsullarla qətlə yetirərək 20 faiz torpaqlarını işğal etmiş Koçəryan, Sərkisyan, Balasanyan, Ohanyan, Samvel Babayan və həmin ərazidə talançılıqla məşğul olmuş Arutunyan, Vardanyan, Saakyan, David Babayan, Qukasyan, Mnatsakyan, İşxanyana qarşı sanksiya tətbiq etməli idilər. Sanksiyaya adları təqdim olunan zabitlərimiz ikinci Livan kimi beynəlxalq terror yuvasına çevrilmiş torpaqlarımızı azad etdilər, hakimlər isə orada ələ keçirilən cinayətkar banda başçılarını mühakimə etdilər.
Ədaləti bərpa edənlərə qarşı tədbir görmək istəyirlərsə, deməli ABŞ-da demokratiya yoxdur. Ona görə ki, oradakı demokratik prinsiplər və qaydalar erməni mafiozları tərəfindən pul ilə satıın alınıbdır. 
Dünyanın nizamını erməni həyasızlığı, vəhşiliyi, qəddarlığı və satın alınmış Amerika, Fransa, Almaniya, Belçika, İngiltərə siyasətçiləri yox, türkün ədaləti və mərdliyi tənzimləyir. Nə yaxşı ki, türk və onun ədaləti var. Yoxsa, bütün dünya xaosa qərq olar...
RAMİZ DƏNİZ
(Xüsusi olaraq "Təzadlar" üçün)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla