AZ

Mayami Qran-prisinin MARAQLI STATİSTİKASI

“Formula-1” Mayami Qran-prisi maraqlı hadisələrlə yadda qalıb.

İdman.biz f1news.ru-ya istinadən mərhələnin nəticələri əsasında maraqlı statistik məlumatları təqdim edir.

TƏSNİFAT
Mayamidə təsnifat mərhələsində qalib gələn Maks Ferstappen karyerasında 38-ci, mövsümdə altıncı və ardıcıl yeddinci poulunu qazanıb. Ayrton Senna, Alan Prost, Mixael Şumaxer və Luis Hamiltonun əvvəllər ardıcıl yeddi poulu olub. Ardıcıl səkkiz poul yalnız Sennanın hesabındadır.

Şarl Lekler Ciddədən sonra ilk dəfə təsnifatda ikinci olub və karyerasında 35-ci dəfə ön sıradan start götürüb.

Karlos Sayns təsnifatda üçüncü olub. O, Mayamidə hər yarışa ilk üçlükdə başlayan yeganə sürücüdür.

Lando Norrisin startda beşinci yeri “Maklaren”in Mayamidəki ən yüksək nəticəsidir.

Corc Rassel təsnifatda yeddinci, Luis Hamilton isə səkkizinci olub. İlk dəfə olaraq “Mercedes”in hər iki maşını Mayamidə təsnifatın finalına çıxarıb.

Niko Hülkenberq ardıcıl ikinci Qran-Pridə doqquzuncu olaraq start götürüb və komandasının cari mövsümdəki ən yaxşı nəticəsini təkrarlayıb.

Pyer Qaslinin 12-ci yeri “Alpin”in bu mövsüm ən yaxşı start mövqeyidir və o, bu il komanda yoldaşını ilk dəfə qabaqlayıb.

Fernando Alonso bu mövsüm ilk dəfə olaraq təsnifatın finalına keçə bilməyib.

Loqan Sarjentin 17-ci yeri bu mövsüm onun təsnifatda ən yaxşı nəticəsidir.

Kevin Maqnussen ardıcıl üçüncü dəfə təsnifatın birinci hissəsində yarışı tərk edib.

YARIŞ
Mayami Qran-prisini qazanmaqla Lando Norris “Formula-1”də ilk qələbəsini əldə edərək, bu siyahıda 114-cü Qran-pri qalibi və 21-ci britaniyalı olub. Bu, “Maklaren”in İtaliya-21-dən sonra ilk qələbəsidir.

Norris ilk qələbədən əvvəl fəxri kürsüdə finişlərin sayına görə (15) Patrik Depay, Jan Alezi, Mika Hakkinen və Eddi İrvaynla bərabərləşib.

İkinci yeri tutan Maks Ferstappen karyerasında 103-cü dəfə fəxri kürsüyə yüksələrək, bu göstəricidə Kimi Raykkonenə çatıb.

Şarl Lekler finişə üçüncü çataraq, karyerasında 33-cü dəfə və bu mövsüm üçüncü dəfə fəxri kürsüyə qalxıb. Bu il Lekler nə sprintlərdə, nə də Qran-pridə ilk dördlükdən kənarda qalmayıb.

Bu mövsüm ilk dəfə olaraq Luis Hamilton yarışı ilk altılıqda başa vurub. O, indi hər üç Mayami Qran-prisində altıncı yeri tutub.

Yeddinci yeri tutan Yuki Tsunoda bu mövsümdə özünün ən yaxşı nəticəsini təkrarlayıb.

Səkkizinci yer Corc Rasselin “Mercedes”də çıxış etdiyi vaxtda Mayamidə ən pis nəticəsidir.

Esteban Okonun onuncu yeri “Alpin”ə mövsümdə ilk xalını qazandırıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla