AZ

Nenad Belitsa “Union Berlin”dən qovuldu

Almaniyanın “Union Berlin” komandasının baş məşqçisi, xorvat mütəxəssis Nenad Belitsa Bundesliqa klubundan qovulub.

Arena.az bu barədə Berlin təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

52 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb. Belitsa ilə yanaşı, onun bütün məşqçi korpusu ilə yollar ayrılıb.

Artıq “Union Berlin”ə mövsümün qalan hissəsində kimin rəhbərlik edəcəyi də məlumdur. Klub rəhbərliyi yenə müvəqqəti baş məşqçiliyi Berlin təmsilçisinin strukturunda çalışan Marko Qroteyə həvalə edib. Bu dəfə onun qarşısında çox çətin vəzifə durur: komandanı əsas Bundesliqada saxlamaq! Son iki turda Berlin təmsilçisi səfərdə “Köln”lə, evdə isə “Frayburq”la üz-üzə gələcək.

Qeyd edək ki, hazırda “Union Berlin” Budesliqanın 32 turundan sonra 30 xalla 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Union Berlin” son altı matçında qələbəyə həsrət qalıb. Komanda bu görüşlərdə cəmi 2 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb. Xüsusilə də son turda “Boxum”a evdəki 3:4 hesablı məğlubiyyət klub rəhbərliyinın səbr kasasını daşırıb.

Nenad Belitsa “Dəmir İttifaq”ı 2023-cü ilin noyabr ayından çalışdırırdı. Komanda onun rəhbərliyi altında bütövlükdə 22 oyuna çıxıb, 6 qələbə qazanıb, 2 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb.

Belitsa daha öncə Avstriya, İtaliya, Polşa, Xorvatiya və Türkiyədə məşqçilik fəaliyyəti ilə məşğul olub. 52 yaşlı mütəxəssis “Austriya” (Vyana), “Spetsiya”, “Lex” (Poznan), “Dinamo” (Zaqreb), “Osiek”, “Trabzonspor”u çalışdırıb.

Xorvat mütəxəssis əsas uğurlarını Zaqreb “Dinamo”su ilə qazanıb. Belitsa “Dinamo”ya Xorvatiya çempionluğunu (2017/2018, 2018/2019), Xorvatiya Kubokunu (2017/2018) və Xorvatiya Super Kubokunu qazandırıb (2018/2019).

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla