- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Rumıniya Prezidenti Klaus Yohannis 7-9 mayda ABŞ-nin Vaşinqton şəhərində işgüzar səfərdə olacaq.
“Report” xəbər verir ki, bu barədə məlumat Rumıniya Prezidenti Administrasiyasının saytında yerləşdirilib.
Rumıniya dövlətinin başçısı mayın 7-də Ağ Evdə ABŞ Prezidenti Cozef Bayden tərəfindən qəbul ediləcək. "Bu münasibətlə beynəlxalq və ikitərəfli gündəliyin prioritet mövzuları müzakirə olunacaq", - məlumatda qeyd olunur.
"Yüksək səviyyəli dialoq ABŞ ilə strateji tərəfdaşlıq səviyyəsini yüksəltmək, iki dövlət arasındakı münasibətlərin və çoxşaxəli əməkdaşlığın imtiyazlı xarakterini təsdiqləmək üçün yaxşı fürsət olacaq", - Prezident Administrasiyası vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.