AZ

İtaliyada çirkab sutəmizləyici qurğuda qəza olub, ölənlər var

İtaliyanın Siciliya şəhərində çirkab sutəmizləyici qurğuda qəza baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Qəza İtaliyanın Siciliya bölgəsindəki Palermodan 20 kilometr aralıda yerləşən Casteldaccia şəhərindəki tullantı sularının təmizlənməsi zavodunda baş verib. Hadisə nəticəsində 5 işçi ölüb, 1 işçi isə ağır yaralanıb. İtaliya mətbuatı zəhərli qaz sızmasının baş verdiyini bildirsə də, qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, aprelin 9-da İtaliyanın şimalında Bolonya yaxınlığındakı su elektrik stansiyasında baş verən partlayışda 7 işçi həyatını itirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla