AZ

İsrail Rəfahda hərbi əməliyyatı davam etdirmək qərarına gəlib

Bakı. Trend:

İsrail hökuməti yekdilliklə Qəzza zolağının cənubundakı Rəfahşəhərində hərbi əməliyyatın davam etdirilməsi barədə qərar qəbuledib.

Trend xəbər verir ki, bu barədə İsrailin Baş naziri BinyaminNetanyahunun ofisinin bəyanatında deyilir.

“İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azadedilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaqüçün Rəfah əməliyyatını davam etdirəcək”, - bəyanatdabildirilir.

Eyni zamanda, İsrail Qəzza ilə bağlı danışıqları davam etdirməküçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətini açıqlayıb.

Qeyd edək ki, bu gün HƏMAS hərəkatı Misir və Qətərvasitəçilərinə Qəzza zolağında təklif etdikləri atəşkəs sazişilayihəsini təsdiqlədiyi barədə məlumat verib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
10
Mənbələr
Şərh ()
Bağla