AZ

Bayden Mişel Obamanın xeyrinə seçkidə iştirakdan imtina edə bilər

Bayden Mişel Obamanın xeyrinə seçkidə iştirakdan imtina edə bilər

ABŞ prezidenti Co Bayden noyabr seçkilərində iştirak etməmək qərarını açıqlaya bilər.

Bu barədə Almaniyanın "Der Spiegel" nəşri ABŞ Demokratik Partiyasındakı mənbələrə istinadən yazıb.

Nəşrin yazdığına əsasən, o, özünün əvəzinə keçmiş Ağ Ev rəhbəri Barak Obamanın həyat yoldaşı Mişel Obamanın namizədliyini irəli sürə bilər. Bəzi demokratlar Baydenin məlum qərarını partiyanın 2024-cü ilin avqustunda Çikaqoda keçiriləcək qurultayda elan edəcəyini düşünürlər.

"Bloomberg"in məlumatına görə, ABŞ-nin hazırkı prezidenti seçkilərdə 7 ştatdakı liderlik statusunu itirib. Amerikalı seçicilər ABŞ iqtisadiyyatının trayektoriyasından narazıdırlar. Buna görə də onlar öz üstünlüklərini keçmiş prezident Donald Trampa veriblər./Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla