AZ

"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen

"Avropa bazarı təhrif edən praktika ilə barışa bilməz,  bu, deindustrializasiyaya gətirib çıxara bilər..."
 
"Çin tərəfindən rəqabət dürüst olarsa, Avropa çiçəklənən möhkəm iqtisadiyyata malik olacaq..."
 
Avropa İttifaqı ucuz avtomobillər, polad və ucuz Günəş və külək texnologiyalarının idxalı səbəbindən Çinlə ticarət müharibəsinə başlamağa hazır olduğunu bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen bəyan edib. Məlumatı "The Guardian" nəşri yayıb.
 
O, xəbərdarlıq edib ki, Çin lideri Si Tszinpinlə görüşdən sonra blok sənayenin müdafiəsi və iş yerlərindən "imtina etməyəcək".
 
Avropa Komissiyasının rəhbəri bəyan edib ki, o, "əgər Çin tərəfindən rəqabət dürüst olarsa, Avropanın "çiçəklənən möhkəm iqtisadiyyata malik olacağına əmindir", - qəzet yazıb.
 
Lakin Çin sənayesinə məhsulun mayadəyərinin azaldılmasına gətirib çıxaran dövlət dəstəyi Avropada iş yerlərinə təhlükə törədir və bu, "ciddi təşviş doğurur", - o, deyib.
 
"Avropa öz iqtisadiyyatını və təhlükəsizliyini qorumaq üçün zəruri olan çətin qərarların qəbul edilməsindən imtina etməyəcək. Bizim bazarımız dürüst rəqabət və investisiyalar üçün açıq olub və açıq olaraq qalmaqdadır. Lakin əgər bu, təhlükəsizliyimizə ziyan vurarsa və bizi həssas edərsə, bu, Avropanın xeyrinə olmayacaq", - o, deyib.
 
Onun sözlərinə görə, Avropa bazarı təhrif edən praktikası ilə barışa bilməz, bu, deindustrializasiyaya gətirib çıxara bilər.
 
Ursula fon der Lyayyen ötən ilin sentyabrında Çində elektromobil istehsalına subsidiyaların tədqiqatı barədə elan edib, Avropa komissarı isə ötən həftə tariflərin bu yay tətbiq ediləcəyinə eyham vurub.
 
Onun sözlərinə görə, "elektromobillər və ya, məsələn, polad kimi subsidiya edilən məhsullar Avropa bazarını doldurur".
 
Onun sözlərinə görə, problem ondadır ki, "Çin öz istehsal mərkəzinə kütləvi şəkildə dəstək verməkdə davam edir, bu zaman isə "daxili tələbat artmır", bu da onu öz məhsullarını Avropa İttifaqına köçürməyə vadar edir və yerli sənayeni sarsıdır.
 
***
 
Çin lideri Si Tszinpinin Avropaya son beş ildə ilk səfəri qitənin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə dəstək verməsi və Çinin ticarət siyasəti səbəbindən Pekinə müqavimət göstərməyə hazır olmasının yoxlanılması olacaq.
 
"The Wall Street Journal" nəşrinin yazdığına görə, Si Tszinpinin Avropaya səfərinin asan olacağını gözləməyə dəyməz, lakin bu zaman Avropa liderləri Pekinlə ehtiyatla hərəkət etməyə meyllidir, çünki iri ticarət tərəfdaşı ilə əlaqələrini təhlükə altına atmaq istəmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla