AZ

HƏMAS: Fələstinliləri müdafiə etməyə hazırıq

İsrail Qəzzanın cənubundakı Rəfah şəhərinə qarşı əməliyyatı təhdid etməyə davam edərkən, HƏMAS-dan yeni açıqlama gəlib.

News24.az Reuters-ə istinadən xəbər verir ki, Həmas İsrailin Rəfaha qarşı hər hansı hərbi əməliyyatına qarşı fələstinliləri müdafiə etməyə hazır olduğunu açıqlayıb.

HƏMAS "Rəfəhdə hər hansı əməliyyat İsrail qüvvələri üçün "piknik" olmayacaq" deyib.

Fələstin təşkilatı bildirib ki, Rəfahdakı təxliyə əmrləri Netanyahunun fələstinlilərə qarşı soyqırım törətməkdə israrlı olduğunu vurğulayır.

HƏMAS rəsmisi İzzat ər-Rəşik bildirib ki, İsrailin Rəfaha qarşı istənilən hərbi əməliyyatı danışıqları təhlükə altına salacaq.

Fələstin Administrasiyasının İsrailin Rəfahı işğalının qarşısını almaq üçün regional və beynəlxalq əlaqələr qurduğunu, hücumu dayandırmaq üçün ABŞ-ı müdaxilə etməyə çağırdığını bildirib.

Digər tərəfdən, iki təhlükəsizlik mənbəsinə görə, İsrailin Rəfah əməliyyatının başlamasından sonra Misir Şimali Sinayda hazırlıq səviyyəsini artırıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla