AZ

Ərdoğan və HƏMAS lideri arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə hərəkatın Qəzzada atəşkəs razılıq verməsindən sonra telefon danışığı aparıb.

APA xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Nazirlər Kabinetinin iclasından əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığımız olub. Danışıqlar zamanı biz Qəzzada münaqişə və zorakılığa son qoymaq səylərini müzakirə etdik. Vasitəçilərdən alınan atəşkəs təklifini Həmas-ın bəyənməsini qiymətləndirdik. Danışıqlar zamanı HƏMAS-ın Türkiyənin təkliflərini nəzərə alaraq qəbul etdiyi qərarı müsbət qarşıladığımız bildirdim və İsrailin də daimi atəşkəs üçün addımlar atmalı olduğunu vurğuladım”, - Ərdoğan vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
Mənbələr
Şərh ()
Bağla