AZ

Elmar Məmmədyarov: “Məndə olan məlumata görə, Ermənistan Almatı görüşünə…”  

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüş keçirəcəklər. Bu görüş müsbət nəticələnə bilərmi?


Referans.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, xarici işlər nazirlərinin görüşündə hər hansı bir sənədin imzalanması real görünmür.


Sabiq nazirin sözlərinə görə, sülh sazişi dövlət rəhbərləri tərəfindən imzalanmalıdır:


“Bu görüşdən sonra bir addım irəli getmək mümkün ola bilər. Hazırda konkret nəsə demək çətindir. Məndə olan məlumata görə, Ermənistan tərəfi görüşə bir az pozitiv şəkildə gedir. Həm də delimitasiya prosesində irəliləyiş oldu axı. Bu səbəbdən də çalışırlar ki, pozitiv addım atsınlar. Amma inanmıram ki, Almatıda hər hansı bir sənəd imzalansın”.


E.Məmmədyarov deyib ki, görüşün keçirilməsi yaxşı haldır:


“Nazirlər mətn üzərində çalışacaqlar. Bilirsiniz ki, Azərbaycan öz layihəsini Ermənistana təqdim edib. Artıq ermənilər həmin layihə üzərində işləyirlər. Almatı görüşündə isə hələ razılıq əldə olunmamış bəndlər üzərində müzakirə aparılacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1
Mənbələr
Şərh ()
Bağla