AZ

Azərbaycan Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıdışını da təmin edəcək-Kazım Kazımov- ÖZƏL

"Əslində, etnik azərbaycanlıların Ermənistandan qovulması sözün həqiqi mənasında böyük bir barbarlıq və bütün hüquqi mexanizmləri ayaqlar altına atmaq idi. Çünki ən son Adolf Hitlerin etnik yəhudiləri uzun illərdir yaşadığı torpaqlarından qovduğu kimi erməni faşistləri də azərbaycanlılara qarşı eyni şeyi etdilər". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Yəhudilər Şərqdən gəlmişdilər, amma çox uzun illərdir o torpaqlar Azərbaycanın bir hissəsi idi. Onlar sırf etnik azərbaycanlı kimliyi daşıdıqları üçün bu adamları Ermənistandan qovdular. Təəssüflər olsun ki, 1988, 1989-cu illərdə Əbdürrəhman Vəzirovun Azərbaycana rəhbərlik etməsi, ardınca Ayaz Mütəllibovun hakimiyyətə gəlməsi və bu işlə çox dərindən məşğul ola bilməməsi, həm Moskvanın həm də beynəlxalq aləmin dəstəyini Azərbaycanın arxasına ala bilməmişdi. 1991-ci ilin avqustun 8-də son Azərbaycan kəndi olan Nüvədi də boşaldıqdan sonra Qərbi Azərbaycanda artıq azərbaycanlı qalmamışdı. Elə 1991-ci ilin avqustundan sonra da təəssüflər olsun ki, yeni bir problemlə qarşı-qarşıya qaldıq. Birbaşa olaraq Qarabağ işğalı ilə qarşı-qarşıya qaldıq. Ona görə də Azərbaycan uzun illər müharibə şəraitində oldu, müharibə bitdikdən sonra da Qarabağdan gələn qaçqınların yerləşdirilməsi prosesi ilə məşğul olduq. Həm də Qarabağın tamamilə azad edilməsinə kökləndik. Şükürlər olsun ki, Qarabağı azad etmişik. İndi sıra Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına döndürülməsindədir. Təbii ki, burda bütün hüquqi mexanizm Azərbaycanın xeyrinədir. Birincisi, bütün konversiyalara uyğun olaraq azərbaycanlılar oradan zorla göndəriliblər. Ermənilərin əlində buna heç bir əsaslı səbəb yoxdur. Niyə azərbaycanlıları buradan çıxarmısınız? Çünki azərbaycanlanlı idilər. Bu adamlar etnik bir nifrəti daşıyırlar. Sadəcə "miatsum" ideologiyası bunu tələb edirdi ki, azərbaycanlılar buradan qovulsun. 1990-cı illərdə Ermənistan SSRİ-də doğulan insanlar da, ondan öncə doğulanlar da həyatdadırlar. Bu insanlar evlərinin, torpaqlarının yerini, başlarına gətirilən faciəni də bilirlər. Çünki hər insanı fərqli rəftara məruz qoyurdular. Azərbaycanlılara qarşı edilən zorakılıq, heç bir əsas olmadan azərbaycanlıların çıxarılması bizə imkan verir ki, Azərbaycan Qarabağı işğaldan azad etdiyi kimi uğurlu bir şəkildə Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıdışını da təmin edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla