AZ

HƏMAS Qətər və Misirin Qəzzada atəşkəs təklifini qəbul edib

HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətər və Misirin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini bəyəndiyini bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə HƏMAS-ın internet saytında məlumat verilib. 

Məlumata görə, Haniyə Qətər və Misirə Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini qəbul etdiyini çatdırıb.

Açıqlamada Haniyənin Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misir Kəşfiyyat direktoru Abbas Kamil ilə telefon danışığı apardığı və HƏMAS Hərəkatının atəşkəs razılaşması ilə bağlı onlara təqdim etdikləri təklifləri bəyəndiyi açıqlanıb.

Açıqlamada təkliflərin məzmunu ilə bağlı məlumat paylaşılmayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
Mənbələr
Şərh ()
Bağla