AZ

11 ildən sonra süni intellekt sayəsində mahnı oxudu

Amerikalı müğənni Rendi Travis insult keçirməsindən on bir il sonra süni intellekt sayəsində yenidən mahnı oxuyub.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

2013-cü ilin iyul ayında 65 yaşlı məşhur müğənni Rendi Travis viral kardiomiopatiya səbəbindən xəstəxanaya yerləşdirilib və insult keçirdib. O, o vaxtdan bəri mahnı oxuya bilmir.

Travis, keçmiş audio treklərdə öyrədilmiş səsinin süni intellekt versiyasından istifadə edərək yeni mahnısı olan "Where That Came From"u təqdim edib.

Bu, onun afaziyadan əziyyət çəkməsinə səbəb olan insultdan sonra ilk yeni mahnısı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla