AZ

Vətən şəhidinə ehtiram - FOTOLAR

Müzəffər  Ordumuzun  44 günə zəfərlə bitirdiyi  haqq savaşımızda  30 il düşmən tapdağına dönən Vətən torpaqların azadlığı  uğrunda xüsusi qəhrəmanlıq dastanı yazan igid oğullardan biri də şəhid baş leytenant  Vüsal Kazımovdur. Lənkəranın Yuxarı Nüvədi kəndində boya-başa çatan  bu, Vətən  sevdalısının adını özündə yaşadan yadigarlar çoxdur. Hazırda  doğma kəndinin hüsnünə bəzək verən, insanların ən çox olduğu park da şəhidin şərəfinə yaradılıb. “Yaşıl dünya naminə həmrəylik  ili” çərçivəsində  M .Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbin pedaqoji, texniki işçiləri və  şagirdləri tərəfindən  parkında genişmiqyaslı təmizlik və abadlıq işləri görülüb. İməcilik zamanı ilk öncə  Vətən şəhidlərinin əziz xatirəsi yad edilib.

İməcilikdə  burada  təmizlik və bərpa işləri həyata keçirilib, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ağacların qurumuş budaqları budanıb, dibləri bellənib, oturacaqlar boyanıb, yaşıllıq sahələrinə qulluq göstərilib, ehtiyac olan digər işlər görülüb.  Parkın ərazisinə dekorativ ağaclar və güllər kolları əkilib. Həmçinin ərazini nəzarətdə saxlamaq, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirləri bundan sonra da davamlı olacaq.

Məktəbin direktoru Ramiz Ramazanov bildirib ki, illər keçsə də, Azərbaycan xalqı milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş,  tarixi qələbəni bizə bəxş edən, ölkəmizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda  son damla qanına qədər vuruşub  qəhrəmanlıq salnaməsi yazan şəhidlərin xatirəsini hər zaman əziz tutur. Bu iməcilik  də  onların əziz xatirəsinə bir ehtiram əlamətidir.

Şəhid baş leytenant Vüsal Kazımovun atası - Astara Pedaqoji Kollecinin direktoru, professor K. Kazımov parkın ərazisinə baxış keçirib, aparılan geniş abadlıq işlərinə,  eləcə şagirdləri milli, vətənpərvərlik ruhunda böyüməsinə, bu cür silsilə tədbirlərin məktəb rəhbərliyi tərəfindən təşkilinə görə  dərin təşəkkürünü bildirib.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla