AZ

Yurgen Klopp “Tottenhem” üzərində qələbəni şərh etdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 36-cı turunda “Tottenhem” üzərində ev qələbəsini (4:2) şərh edib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz üçüncü yerdəyik və bu, yəqin ki, bu və ya digər şəkildə dəyişə bilməyəcəyik. Amma biz yenə də qalib gəlmək istəyirdik, baxmayaraq ki, bu qələbə “Tottenhem”ə daha çox gərək idi, çünki o halda onlar “Aston Villa”ya yaxınlaşa bilərdilər.

“Enfild” bu gün xüsusi bir yer idi. 4:0 öndə idik, dəyişikliklər etdim və biz oyunun ipini əldən verdik, “Tottenhem” isə nə qədər yaxşı ola biləcəyini göstərdi.

Hücumun demək olar ki, bütün məqamlarında yaxşı idik. Ötürmələr yaxşı idi. O qədər çox yaxşı məqamlar vardı ki… Futbolçular sakitliklərini qorudular. Oyunumuz mənə çox xoş gəldi”, deyə Yurgen Klopp bildirib.

Bu qələbə sayəsində “Liverpul” növbəti, 2024/2025-ci illər mövsümündə Çempionlar Liqasında iştirakını təmin edib.

Vurğulayaq ki, “Liverpul” cari mövsümdə Çempionlar Liqasında iştirak etməyib.

36 oyundan 78 xalla “Liverpul” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Tottenhem” isə 35 oyundan 60 xalla 5-ci pillədədir.
“Liverpul”un Premyer Liqa çempionluğu uğrunda mübarizəsini bitmiş hesab etmək olar. Belə ki, “qırmızılar”ın taleyi öz əlində deyil və nəzəri imkanlarının yalnız möcüzəvi təzahürü ilə “Liverpul” cari mövsüm İngiltərə çempionluğunu bayram edə bilər. Bu isə feli olaraq artıq gerçək görünmür.

Premyer Liqa çempionluğu uğrunda mübarizə indi, ötən mövsümdə olduğu kimi, “Mançester Siti” və “Arsenal” arasında gedir. Hazırda 36 oyundan 83 xalla “topçular” yarış cədvəlinin zirvəsində şərti lider mövqeyində qərarlaşıblar. “Mançester Siti” isə 35 oyundan 82 xalla mümkün lider mövqeyində “Arsenal”ı qarabaqara təqib edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla