AZ

Astara Pedaqoji Kollecində “ekoloji terror”dan danışıldı - FOTO

Astara Pedaqoji Kollecinin növbəti maarifləndirici tədbiri  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə bağlı tədbirlər planına əsasən keçirilirdi.  

“İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” adlı tədbiri açan kollecin direktoru, şəhid atası K.Kazımov deyib:

- “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə  Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan edilib. Əsas məsələlərdən biri bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpasıdır. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır.

Çıxışında 44 gün davam edən Vətən müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatları zamanı 30 ilə yaxın düşmən tapdağında qalan Vətən torpaqlarının rəşadətli Ordumuz tərəfindən azad olduğunu bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin müdiri B. Hüseynov  xüsusilə  vurğulayıb  ki,  əsir olan  torpaqlar, meşələr, Milli Park və Qoruqlarımızda düşmən əsl vandallıq aktları törətmişdir. Bəsit-çay və Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac, digər nadir flora, fauna nümunələri işğalçı ordunun soyqırımına məruz qalmışdır.

Kollecin "Əraf mühitin qorunması və təbii sərvətlərdən istifadə" ixtisasının tələbələri Sevən Həsənli  və Nurlan Şirinovun  təqdimatları  da tədbirdə maraqla  dinlənilib.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla