AZ

Putin Kuba prezidenti ilə mayın 9-da ikitərəfli danışıqlar aparacaq — Kremlin köməkçisi

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-da kubalı həmkarı Migel Diaz-Kanel ilə ikitərəfli danışıqlar aparacaq.

"Mayın 9-da xarici dövlətlərin rəhbərləri və digər nümayəndələr hərbi paradda iştirak edəcəklər. Bundan sonra MDB liderləri Moskvanı tərk edəcək və bizim prezident Kuba Respublikasının prezidenti ilə danışıqlar aparacaq", - Uşakov bildirib. O qeyd edib ki, Diaz-Kanel mayın 7-9-da Rusiyada işgüzar səfərdə olacaq.

Kreml rəsmisinin sözlərinə görə, iki prezidentin söhbəti üçün çoxlu məsələlər yığılıb. "Çoxşaxəli ikitərəfli əlaqələrin bütün kompleksi müzakirə olunacaq. Bura diplomatiya, siyasət və əlbəttə ki, iqtisadi əlaqələr və əməkdaşlıq daxildir. Bu, mühüm söhbət olacaq", - Uşakov bildirib.

O qeyd edib ki, danışıqlar iki mərhələdə aparılacaq: əvvəlcə məhdud sayda iştirakçı ilə, daha sonra isə iki liderə nümayəndə heyətləri qatılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla