AZ

Böyük Britaniyadan Rəfahda hərbi əməliyyatın başlanması ehtimalına MÜNASİBƏT

Böyük Britaniya hökuməti İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyat başlatması ehtimalından narahatdır.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.

“Biz orada sığınan mülki əhalinin sayını və qonşu Misirdən humanitar yardım üçün yerli keçid məntəqəsinin əhəmiyyətini nəzərə alaraq, Rəfaha hərbi müdaxilənin mümkünlüyü ilə bağlı narahatlığımızı ardıcıl olaraq ifadə etmişik. Mən bunu baş nazirlə müzakirə etmişəm”.

O əlavə edib ki, London Qəzza zolağında atəşkəsin yaradılması üzərində işləyir. 

(redaktor.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla