AZ

İsrail ordusu Rəfahın şərqinə zərbə endirdi

Mayın 6-da İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfahın şərq hissəsinə hava zərbələri endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Fələstin təhlükəsizlik qüvvələrindəki mənbələr və hadisə şahidləri məlumat verib.

Onların Sinxua agentliyinə verdiyi məlumata görə, İsrailin hava hücumları Qəzza hava limanı yaxınlığında və Rəfahın şərqindəki Əl-Salam bölgəsinin kənarında yanğınlara səbəb olub. Yaxınlıqdakı binalara ciddi ziyan dəyib.

Hücumlar başlamazdan əvvəl İsrail ordusu fələstinli mülki əhalini müvəqqəti olaraq şərqi Rəfahı boşaltmağa çağırmışdı.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla