AZ

“HƏMAS-ın razılaşmanı qəbul etməməsi bizi Rəfahda əməliyyat keçirməyə məcbur edir”


“Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələrinin anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşma təklifindən imtina etməsi səbəbindən İsrail Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyat keçirməyə məcbur olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant girov götürülənlərin ailələri ilə görüşündə deyib.
“Yaxınlarınızı geri qaytarmaq üçün səylər hər zaman, hətta indi də davam edir. Biz müharibənin məqsədlərinə çatmaq niyyətindəyik, lakin HƏMAS-ın girovların qaytarılmasına imkan verəcək hər hansı plandan imtina etməsi bizi Rəfahda əməliyyat keçirməyə məcbur edir”, - Qalant bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
Mənbələr
Şərh ()
Bağla