AZ

Rusiya səfiri Çexiya XİN-ə çağırıldı

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın bu ölkədəki səfiri Aleksandr Zmeyevskini Çexiya obyektlərinə kiberhücumlarla bağlı vəziyyətə görə nazirliyə çağırıb.

“Biz Rusiya Federasiyasını BMT normalarına və öz öhdəliklərinə zidd olan bu hərəkətləri dayandırmağa çağırdıq”, - deyə XİN-in bəyanatından deyilir.

Çexiya Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkədəki dövlət qurumları və mühüm infrastruktur obyektləri 2023-cü ildən Rusiya Federasiyası ilə əlaqəli hakerlərin hücumuna məruz qalıb. Çexiya Xarici İşlər Nazirliyinin məlumatına görə, hücumların arxasında APT28 qruplaşması dayanır. Hakerlər “Microsoft Outlook” elektron poçt xidmətində zəif cəhətləri aşkar edərək Çexiya idarə və təşkilatlarının məlumatlarını oğurlamağa cəhd ediblər.

Rusiya tərəfi səfirin Çexiya Xarici İşlər Nazirliyinə çağırışını şərh etməyib.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla